Yığma komandamızın hücumçusu Renat Dadaşovun da formasını geyindiyi “Ankaragücü” klubu baş məşqçisiz qalıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanı çalışdıran Cihat Arslanla yollar ayrılıb. 54 yaşlı mütəxəssisin sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Türkiyə mediası "Ankaragücü"nün baş məşqçi vəzifəsinə namizədlərin adlarını açıqlayıb. Maraqlıdı ki, onlar arasında "Neftçi"nin keçmiş çalışdırıcısı Adrian Mutu da var. Klub rəhbərliyi onunla daha əvvəl də komandaya rəhbərlik etmiş Ömer Erdoğan arasında seçim etməlidi. Hazırda həm Mutu, həm də Erdoğanla danışıqlar davam etdirilir.

Qeyd edək ki, Türkiyə 1-ci Liqasında yarışan “Ankaragücü” bu mövsüm 5 oyunda 2 qələbə qazanıb, 3 dəfə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest