09 Oktyabr 2024, 10:01
FUTBOL
“Atletik”in hücumçusu Niko Uilyams İspaniya millisini tərk edib. Matc.az xəbər verir ki, buna səbəb gənc futbolçunun zədələnməsidi.
22 yaşlı oyunçu Millətlər Liqasında Danimarka və Serbiya ilə keçiriləcək matçlarda komandasına kömək edə bilməyəcəyi üçün Bilbaoya qayıdıb. Uilyamsın səhhəti ilə bağlı narahatlıqlar cüzidi - futbolçunun əzələ zədəsi var və yığma məşqçiləri onu riskə atmamaq qərarına gəlib.
Uilyamsın əvəzinə “Real Sosyedad”ın müdafiəçisi Serxio Qomez milliyə çağırılıb.