15 Oktyabr 2024, 16:17
FUTBOL
“Barselona”nın əsas strateji hədəfi yarımmüdafiəçilər Pedri və Qavi, eləcə də, müdafiəçi Ronald Arauxonun müqavilələrini yeniləməkdi. Matc.az xəbər verir ki, hər üç futbolçunun sözləşməsi 2026-cı ilə qədərdi.
Kataloniyalılar, xüsusilə iki yarımmüdafiəçi ilə bağlı nikbindi. Xüsusən də, Qavi ilə anlaşmanın əldə olunmasında problem görünmür. O ki qaldı Arauxoya, müdafiəçinin menecerlərinə bir neçə ay əvvəl yeni saziş təklif olunsa da, buna hələ cavab verilməyib.
Qeyd edək ki, Pedri və Qavi “Barselona”nın yetirməsidi. Arauxo isə 2018-ci ildə kataloniyalılara qoşulub.