“Napoli” hücumçusu Xviça Kvaratsxeliya ilə yeni müqavilədə ortaq məxrəcə gələ bilmir. Matc.az xəbər verir ki, bunu İtaliya klubunun idman direktoru Covanni Manna da təsdiqləyib.

Klub rəsmisi Gürcüstan millisinin forvardını mövsümün sonunda sata biləcəklərini istisna etməyib: “Xviça və onun ətrafı ilə danışıqlar aparırıq. İyulda təklif vermişdik və hazırda danışıqlar davam edir. Amma çox gözləməyəcəyik. Ümid edirik ki, vəziyyət sürətlə inkişaf edəcək. Əks halda mövsümün sonuna qədər gözləyəcək və öz qiymətləndirmələrimizi edəcəyik”.

Kvaratsxeliya yeni sözləşməyə əsasən 8 milyon avroluq maaş tələb edirsə, “Napoli” bu məbləğin 5 milyon olmasının tərəfdarıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest