04 Noyabr 2024, 19:15
FUTBOL
UEFA Avropa Liqasının Liqa mərhələsində Türkiyədə “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçirilməli olan V tur oyununun yeri dəyişdirilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat paylaşıb.
Avropa futbol qurumu görüşün təhlükəsizlik səbəbindən başqa ölkədə keçirilməsinə qərar verib. Hələlik matçın harada oynanılacağı bəlli deyil. UEFA oyunun keçiriləcəyi ölkənin adını bu həftənin sonuna kimi açıqlayacaq.
Qeyd edək ki, noyabrın 28-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.