"çelsi"nin yarımmüdafiəçisi Eden Azarın "Real"a keçəcəyi dəqiqləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu ilə çoxdan anlaşan "kral klubu" onun komandası ilə də ortaq məxrəcə gəlib.

Anlaşmaya əsasən, Azarın transferi "zadəganlar"a 100 milyon avro qazandıracaq. 28 yaşlı superulduz yeni komandası ilə uzunmüddətli müqavilə imzalayacaq. Lakin ispanlar transferi rəsmən açıqlamaq üçün Avropa Liqasının final oyununu gözləyəcək. "çelsi" ilə "Arsenal" arasında mayın 29-da Bakıda baş tutacaq qarşılaşmadan dərhal sonra Azar "Real"la münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Eden Azar 2012-ci ildən "çelsi"nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest