Topaz Premyer Liqasında mövsüm sona çatan kimi 3 əcnəbi oyunçusu ilə yollarını ayırdığını açıqlayan “Qarabağ”da daha bir xarici futbolçusunun taleyi isə qeyri-müəyyəndir. Matc.az saytının məlumatına görə, konqolu futbolçu Con Delarj haqqında klub hələ qərar verməyib.

Bu barədə saytımıza açıqlama verən ağdamlıların mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, hücumçu ilə klub arasındakı müqavilə davam edir: “Delarjla hazırda qüvvədə olan müqaviləmiz var. Amma məşqçilər heyəti onunla yola davam etmək istəmir. Qarşılıqlı razılaşma əsasında anlaşmaya xitam vermək istəyirik”.

Klub rəsmisi oyunçunun çempionluq mərasimində iştirak etmədiyini də əlavə edib: “Qış fasiləsindən sonra Delarj əsas komandadan uzaqlaşdırılmışdı. Əvəzedici heyətlə bəzi oyunlara çıxsa da, komandanın çempionluq gecəsində iştirak etmədi”.

Qeyd edək ki, Konqo millisinin hücumçusu mövsümün əvvəlində “Bursaspor”dan “Qarabağ”a keçmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest