12 Fevral 2025, 00:57
FUTBOL
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo 13 illik göstəricisini təkrarlayıb.
Matc.a xəbər verir ki, portuqaliyalı mütəxəssis 13 il öncə "Real"da 22 həftə ərzində 54 xal qazanmışdı.
Mourinyo eyni göstəriciyə bu dəfə "Fənərbaxça" ilə imza atıb.
Qeyd edək ki, 22 turdan sonra 54 xalı olan "Fənərbaxça" lider "Qalatasaray"dan (57 xal) sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.