Rotterdamın "Feyenoord" klubunun braziliyalı vingeri İqor Payxao "Marsel"in futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı braziliyalı ilə müqavilə 5 il - 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfer məbləği 30 milyon avro təşkil edib.

Bu, Payxaonu "Marsel" tarixində ikinci ən bahalı transfer edir. Klub bundan öncə, 2022-ci ildə forvard Vitinyoya görə "Braqa"ya daha çox ödəniş edib - 32 milyon.

Payxao ötən mövsüm bütün turnirlərdə 47 matçda 18 qol vurub və 19 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest