"Biz iki həftədi toplanmışıq, birgə məşqlər üçün çox vaxtımız olmadı. İnanıram ki, addım-addım daha yaxşı oynayacağıq. Oyunçularımdan razıyam..."

"Hər şeydən əvvəl deyə bilərəm ki, ilk iki hissədə çox pis oynadıq. Əsas da top qəbulunda və hücumda". Matc.az xəbər verir ki, bu sözlər voleybol yığmamızın baş məşqçisi Covanni Kapraraya məxsusdu.

Qızıl Avropa Liqasında dünən Finlandiyaya məğlubiyyətə şərh verən Kapraranın fikrincə, voleybolçularımız hücumda düzgün mövqe seçə bilməyiblər: "Amma sonra toparlandıq və yaxşı oynamağa başladıq. IV setdə isə çox bağışlanmaz səhvlər etdik. Rəqiblə oynamaq çətin idi çünki, onlar fərqli və sürətli oynayırlar. Biz iki həftədi toplanmışıq, birgə məşqlər üçün çox vaxtımız olmadı. İnanıram ki, addım-addım daha yaxşı oynayacağıq. Oyunçularımdan razıyam ki, hər top uğrunda mübarizə aparmağa çalışırdılar. ümid edirəm ki, yaxşı olacaq".

Xatırladaq ki, Belarus, İspaniya və Finlandiya ilə eyni qrupda yer alan yığmamız keçirdiyi hər 3 oyunda uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest