08 Sentyabr 2025, 19:35
FUTBOL
Fransa millisinin sabiq hücumçusu Vissam Ben Yedder karyerasını Türkiyədə davam etdirəcək.
Matc.az xəbər verir ki, 35 yaşlı forvard "Sakaryaspor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
I Liqa təmsilçisi təcrübəli futbolçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Vissam Ben Yedderin son klubu İranda "Sepahan" olub.