"Beşiktaş" ÇSKA-nın futbolçusu Matvey Kislyakı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə Rusiyanın "Sport 24" nəşri məlumat yayıb.

Moskva təmsilçisi rusiyalı yarımmüdafiəçini satmağa hazırdır. Onlar 20 yaşlı oyunçu üçün "Beşiktaş"dan 30 milyon avro tələb edir.

Qeyd edək ki, Matvey Kislyak bu mövsüm ÇSKA-nın heyətində keçirdiyi 11 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib. Gənc oyunçu Rusiya millisinin üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest