10 Oktyabr 2025, 21:54
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
Matc.az xəbər verir ki, millimiz Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Karvina şəhər stadionunda keçirilən oyunda yığmamız 5 cavabsız qolla məğlub olub.
10 oktyabr
	Çexiya (U-21) - Azərbaycan (U-21) - 5:0
	Qollar: Lukaş Maşek, 40, 59, 75, Lukas Ambros, 55, Planka, 85
	Baş hakim: Yovan Kaçevski
	Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski
	Dördüncü hakim: Krumislav Gyorgiev
	Karvina şəhər stadionu

 
             
 















