11 Oktyabr 2025, 22:04
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti dəfə məğlub olub.
Matc.az xəbər verir ki, IX qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 5:1.
Qeyd edək ki, U-17 ilk matçında Fransaya 8 cavabsız qolla uduzub.

 
             
 















