11 Oktyabr 2025, 12:50
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
"İnter Mayami" "Santos"un hücumçusu Neymarı transfer etməyi düşünür. Tərəflər arasında danışıqlar hələ başlamayıb, lakin futbolçunun nümayəndələri onun ABŞ klubuna keçməsinin faydasını qeyd edirlər.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, Amerika klubu "Barselona"da Neymarla birgə çıxış edən 38 yaşlı hücumçu Lionel Messi və 38 yaşlı forvard Luis Suareslə müqavilənin uzadılması üzərində işləyir.
Qeyd edək ki, Neymar, Messi və Suares 2014-2017-ci illərdə Kataloniya klubunda birgə çıxış ediblər. Bu müddət ərzində onlar 364 qol vurub və 173 məhsuldar ötürmə edib.

 
             
 















