11 Oktyabr 2025, 13:47
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
Argentina millisinin cinah oyunçusu Mastantuono zədədən sonra "Real"ın düşərgəsinə qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Məşq zamanı yarımmüdafiəçi sol budunda narahatlıq hiss edib və məşqçilər risk etməməyə qərar veriblər.
Xatırladaq ki, 18 yaşlı Mastantuono bu yay Madrid klubuna keçib və bütün turnirlərdə 9 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.
Franko Argentina millisində 2025-ci ilin yayında debüt edib.
Xatırladaq ki, "Real"ın digər futbolçusu Kilian Mbappe də zədələnib.

 
             
 















