11 Oktyabr 2025, 15:00
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
"Bavariya" "Nottingem Forest"in müdafiəçisi Murillo ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Sport Bild" məlumat yayıb.
Bildirilir ki, futbolçunun qiyməti 55 milyon avrodur. Bu o deməkdir ki, alman nəhəngləri Murillonu almaq üçün əvvəlcə bəzi oyunçularını satmalı olacaqlar.
23 yaşlı futbolçu ilə "Çelsi" də maraqlanır.
Qeyd edək ki, futbolçu 2023-cü ilin yayından İngiltərə klubunda çıxış edir. Bu mövsüm Murillo bütün yarışlarda 5 matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

 
             
 















