Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) daxili liqa oyunlarının xaricdə keçirilməsini qadağan etməyə çalışacaq.

Matc.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilir ki, La Liqanın 17-ci turunun "Vilyarreal" – "Barselona" matçının Florida ştatının Mayami şəhərindəki (ABŞ) "Hard Rok” stadionuna, "Milan" – "Komo" A Seriyasının 24-cü turunun isə Avstraliyasa keçirilməsi FİFA rəhbərliyini qıcıqlandırıb.

FİFA indi qaydalarını sərtləşdirməyə çalışır və digər ölkələrdə yerli liqa oyunlarını tamamilə qadağan etməyi hədəfləyir. Rəsmilər gələn ilin əvvəlində yeni tənzimləyici qanunvericiliyi təqdim etməyə çalışacaqlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest