12 Oktyabr 2025, 14:23
FUTBOL
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta della Sport" yayıb.
Bildirilir ki, "Roma" qış transfer dönəmində hücumçunu icarəyə götürmək istəyir.
Niderlandlı forvard oktyabrdakı matçlar üçün yığmaya çağırılmadıqdan sonra agentindən ona yeni klub tapmağı xahiş edib.
Qeyd edək ki, Coşua Zirkzee cari mövsüm "qırmızı şeytanlar"ın heyətində 4 matçda meydanda olub. Onun klubla 2029-cu ilin yayınadək müqaviləsi var.