"İnter Mayami" və Uruqvay millisinin hücumçusu Luis Suares karyerasında 600-cü qolu vurub.

Matc.az xəbər verir ki, bu, MLS-də "Atlanta Yunayted"lə oyunda (4:0) qeydə alınıb.

38 yaşlı forvard 61-ci dəqiqədə fərqlənib. Bu, Suaresin "İnter Mayami"nin heyətində 42-ci qolu olub.

O, "Barselona" 198, "Ayaks"da 111, "Liverpul"da 82, Uruqvay millisində 69, "Atletiko"da 34, "Qremio"da 29, "Nasional"da 20, "Qroningen"də 15 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest