“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, “Neftçi”nin futbolçusu kimi fərqlənib - 13.03.2004. “Qarabağ” – “Neftçi” – 1:3
Matc.az Peşəkar Futbol Liqasına istinadən "Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ – "Neftçi" qarşılaşması öncəsi bu komandalar arasında indiyədək qeydə alınan dubl və het-triklərin statistikasını təqdim edir.
İlk dubl – Yunis Hüseynov (“Neftçi”) – 02.10.1994. “Neftçi” – “Qarabağ” – 3:2
“Qarabağ”ın ilk dublu – Müşfiq Hüseynov – 17.09.1995. “Neftçi” – “Qarabağ” – 2:2
Dublların ümumi sayı – 19
“Neftçi”nin dubllarının sayı – 6
“Qarabağ”ın dubllarının sayı – 13
Yalnız iki futbolçu 2 dəfə dubla imza atıb – Mahir Emreli və Kadi Borges (hər ikisi “Qarabağ”).
İlk het-trik – Georgi Adamiya (“Qarabağ”) – 13.05.2011. “Qarabağ” – “Neftçi” – 3:0
Het-triklərin sayı – 3. Bütün het-triklərə “Qarabağ”ın futbolçuları imza atıb.
İki futbolçu həm het-trik edib, həm dubl müəllifi olub – Reynaldo Silva və Filip Ozobiç (hər ikisi “Qarabağ”).
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, “Neftçi”nin futbolçusu kimi fərqlənib - 13.03.2004. “Qarabağ” – “Neftçi” – 1:3












