Misli Premyer Liqasında XI tur davam edir.
Matc.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
"Sabah" səfərdə "Kəpəz"in qonağı olacaq. Azərbaycan derbisində isə "Qarabağ" doğma meydanda "Neftçi"ni qəbul edəcək.
Qeyd edək ki, bütün oyunlar 8 Noyabr - Zəfər günü münasibətilə 44-cü dəqiqədə başlayacaq.
Misli Premyer Liqası
XI tur
9 noyabr
15:44. "Kəpəz" – "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu
18:44. "Qarabağ" – "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Azersun Arena"












