"Neftçi" ilə oyunda "Qarabağ" azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz şüarlar səsləndirdiyinə və bu hal cari mövsüm ərzində 2-ci dəfə təkrarlandığına görə klub 6000 manat cərimə edilib.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XI turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

"Neftçi" ilə oyunda "Qarabağ" azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz şüarlar səsləndirdiyinə və bu hal cari mövsüm ərzində 2-ci dəfə təkrarlandığına görə klub 6000 manat cərimə edilib.

Eyni matçda baş verənlərə görə "Neftçi" daha ağır cəzalar alıb. 84-cü dəqiqədə "Neftçi" azarkeşləri meydançaya kənar əşyalar atdığı və bu hal mövsüm ərzində 3-cü dəfə təkrarlandığı üçün klub 3500 manat məbləğində cərimələnib. "Ağ-qaralar"ın fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub daha 7000 manat ziyana düşüb. "Neftçi" bundan başqa 3000 manat da cərimə ödəməli olacaq. Belə ki, paytaxt təmsilçisinin azarkeşləri stadionun oturacaqlarını sındırıb. Klub buna görə 3000 manat cərimələnib.

Qeyd edək ki, İntizam Komitəsi "Qarabağ"la oyun bitdikdən sonra hakimi təhqir etdiyi üçün Samir Abasova 4 oyunluq cəza verib, "Neftçi" isə 10000 manat məbləğində cərimə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest