"Mançester Yunayted"in zədəli hücumçusu Benyamin Şeşkonun durumuna aydınlıq gəlib.

Matc.az xəbər verir ki, sloveniyalı futbolçunun zədəsi ciddi deyil. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

22 yaşlı forvard dekabr ayının əvvəlində yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Benyamin Şeşkonu mövsümün əvvəlində "Leypziq"dən transfer edib. Sloveniya millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 12 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest