“Mançester Yunayted” rəhbərliyi baş məşqçi postunda dəyişiklik edə bilər. Matc.az xəbər verir ki, bu vəzifəyə almaniyalı çalışdırıcı Julian Nagelesmanım gətiriləcəyi gözlənilir. İngilis mediasının yazdığına görə, rəhbərlik hazırkı çalışdırıcı Maykl Kerriklə müqaviləni pozmaqda maraqlıdı.

Qeyd edək ki, cari mövsümdə yeddi turdan sonra “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 7 xalla 13-cü pillədə qərarlaşıb. Kerrikin rəhbərlik etdiyi komanda artıq yeddi oyundur qələbə qazana bilmir.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest