Joan Laporta "Real"ın rəhbəri Florentino Peresin köməyi sayəsində "Barselona"nın prezidenti olub.

Matc.az xəbər verir ki, bu barədə "El Confidencial" nəşri məlumat yayıb.

Bildirirlir ki, seçkilər zamanı Laportadan klubun hesablarına 124,6 milyon avro yatırmaq tələb olunub, lakin onun lazımi vəsaiti olmayıb. Peres rəqibinə kömək etmək üçün birbaşa banka müraciət edib.

Əvvəlcə bank ödənişi təsdiqləməkdə tərəddüd edib, çünki "Barselona" maliyyə böhranı içində idi və vaxtında ödənişə zəmanət verə bilmirdi. Lakin Peresin inadkarlığı sonda bankın razılığa gəlməsinə səbəb olub.

"Real"ın prezidentinin buna səbəbi o idi ki, o zaman o, Laportanı Superliqa layihəsində müttəfiq hesab edirdi. Lakin "Barselona" sonradan layihədən çıxmaq qərarına gəldi.

Xatırladaq ki, 2021-ci ilin aprel ayında Avropanın 12 aparıcı klubu Superliqanın yaradıldığını elan etmişdi: "Real", "Yuventus", "Barselona", "Atletiko", "Milan", "İnter", "Mançester Yunayted", "Mançester Siti", "Çelsi", "Liverpul", "Tottenhem" və "Arsenal". Lakin UEFA-nın sanksiyalarla hədələməsindən sonra layihə dayandırıldı. Demək olar ki, bütün iştirakçılar Superliqadan çıxdılar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest