"Yaxşı oyun göstərmək istədik, amma standart vəziyyətdən iki qol buraxdıq"
“Araz-Naxçıvan” bu gün Azərbaycan Permyer Liqasının 17-ci turunun açılış matçında “İmişli” ilə qarşılaşıb.
Matc.az xəbər verir ki, Quba şəhər Olimpiya Kompleksinin stadionunda keçirilən matçdan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis 2:2 hesabı hesabı ilə başa çatan oyunu belə şərh edib:
“Hava şəraiti və meydançanın durumu oynamağa imkan vermədi. Yaxşı oyun göstərmək istədik, amma standart vəziyyətdən iki qol buraxdıq. Oyunu kontrolda saxlamaq istədik, lakin stadionun durumu buna imkan vermədi.
Oyunçulara baxırıq, hər variantı yoxlamağa çalışırıq. Elə futbolçular var ki, tapşırıqları tez yerinə yetirir. Baxırıq yeni oyunçulara. Bu vəziyyətdə olan meydançada oyunu nəzarətdə saxlamağa çalışdıq. Bəzən futbolda belə hallar olur. Oyunu kontrol etmək, fubol oynamaq istədik, amma bəzən səhvər buraxdıq. Enişlər oldu. Belə meydançalarda normaldır. Ukraynada oynadıqda da belə meydançalarla qarşılaşmışam”.












