"Neftçi” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, komanda hazırlığın 13-cü günündə ikitərəfli oyun keçirib.

Qeyd edək ki, ilk sınaq matçında "OİK-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi”nin Rumıniyanın "Politexnika İaşi” klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı.

İyunun 30-da Ukraynanın "Vorskla” klubu ilə sonuncu yoxlama görüşünə çıxacaq "ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest