"Bugünkü matçda ən çox xoşuma gələn məqam o oldu ki, əvvəlki oyunlarla müqayisədə futbolçular daha intizamlı və diqqətli oynadılar. Bundan sonra oyunlarımızı daha da yaxşılaşdırmağa səy göstərəcəyil"

"Toplanışdakı üçüncü oyunumuzda rəqibimiz Rumıniya komandası idi. UEFA Avpora Liqasında da rəqibimiz Rumıniya komandası olduğuna görə, bizim üçün bu komanda ilə oynamaq böyük əhəmiyyət kəsb edirdi". Matc.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bolqarıstanda təlim-məşq toplanışında olan paytaxt klubu "Klinçeni" ilə yoxlama görüşündə qolsuz bərabərə qalıb. Oyunla bağlı fikirlərini bölüşən Hacıyev maraqlı görüş keçdiyini bildirib: "Rəqibimiz mübariz, təcrübəli komanda idi. Hətta heyətlərində bizim çempionatdakı "Zirə"dən Qabriel Matey və "Neftçi"dən Derlis Meza Kollini də görə bilərik. Düşünürəm ki, maraqlı oyun alındı".

Baş məşqçi futbolçuların hələ tam hazır olmadığını söyləyib: "Lakin çalışırıq ki, hər bir futbolçuya fərdi yanaşaq. Onların fiziki durumunu balanslaşdırmaq üçün müəyyən dəqiqələrə bölmüşük. Yeni futbolçularımızdan Mirabdulla və Eriko bu gün heyətdə yer almışdılar. Bundan sonra çalışacağıq ki, komandanı iyulun 11-də keçirəcəyimiz oyuna formalaşdıraq. Bugünkü matçda ən çox xoşuma gələn məqam o oldu ki, əvvəlki oyunlarla müqayisədə futbolçular daha intizamlı və diqqətli oynadılar. Bundan sonra oyunlarımızı daha da yaxşılaşdırmağa səy göstərəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest