II Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün ən yaxşı bombardiri Cavid İmamverdiyevdir.

II Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün ən yaxşı bombardiri Cavid İmamverdiyevdir.

Matc.az xəbər verir ki, uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan və 3-cü mövsümü başa çatan turnirin ən məhsuldar oyunçusunun hesabında 65 qol var.

Daha iki futbolçu 60 qol səddini arxada qoyub. Elvin Nəsibovu rekordçudan 2 qol ayırır. Tural Qurbatov isə ikincilikdən bir top geridədir.

“Üçlük”dən başqa yalnız Vidadi Cəfərov 50-dən çox qol vurub. Onun aktivində 55 top var.

PFL bayrağı altında keçirilən II Liqanın 10 ən yaxşı bombardiri

1. Cavid İmamverdiyev - 65

2. Elvin Nəsibov – 63

3. Tural Qurbatov – 62

4. Vidadi Cəfərov – 55

5. Elxan Məmmədov – 43

6. Elariz Xəlilli – 42

7. Valeh Seyidov – 41

8. Tofiq Nəsibov - 33

9. Famil Camalov – 30

10. Bəhruz Teymurov - 27

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest