28 May 2026, 11:17
FUTBOL
"Fənərbaxça" "Bavariya"nın müdafiəçisi Kim Min Ceni transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
İstanbul nəhəngi cənubi koreyalı futbolçu üçün Almaniya klubuna 25 milyon avro ödəməyə hazırdır. Türkiyə klubu 29 yaşlı mərkəz müdafiəçisinin özünə illik 12 milyon avro maaş təklif edəcək.
Qeyd eədk ki, Kim Min Ce başa çatan mövsümdə "Bavariya"nın heyətində keçirdiyi 37 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Təcrübəli oyunçu 2021/22 mövsümündə "Fənərbaxça"nın formasını geyinib.









_1779972117.jpg)



