28 May 2026, 11:56
FUTBOL
"Borussiya"dan ayrılan Salih Özcan karyerasını ölkəsində davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Beşiktaş" azad agent statusunda olan Türkiyə millisinin üzvünü heyətinə qatmaq istəyir. İstanbul klubu artıq 28 yaşlı dayaq yarımmüdafiəçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Salih Özcan başa çatan mövsümdə Dortmund təmsilçisinin heyətində 12 oyunda meydana çıxıb.









_1779972117.jpg)



