"Barselona" rəhbərliyi "Atletiko"nun transfer etmək istədiyi Mark Kasadonu heyətdə saxlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Diario SPORT" nəşri məlumat yayıb.

Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone Kasadonun istedadının böyük pərəstişkarıdır. Paytaxt klubu artıq bir neçə aydır ki, futbolçu haqda məlumat toplayır və yayda bu transferi rəsmiləşdirməyə ümid edir. "Atletiko" ispaniyalı yarımmüdafiəçinin klubun əsas fiqurlardan birinə çevrilə biləcəyinə əmindir.

Lakin "Barselona" hazırda öz yetirməsini satmaqda maraqlı deyil. 22 yaşlı dayaq yarımmüdafiəçisi Kataloniya təmsilçisinin 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 34 matçda iştirak edib və bu oyunlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest