28 May 2026, 15:32
FUTBOL
"Borussiya"nın hücumçusu Seru Qirassi karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.
"Fənərbaxça" qvineyalı futbolçunu transfer etmək istəyir.İstanbul klubunun prezidentliyinə namizəd olan Aziz Yıldırım Qirassi ilə razılıq əldə edib. O, 30 yaşlı forvard üçün Almaniya klubuna 35 milyon avro ödəməyə hazırdır. Yıldırım prezident seçilsə, transferi açıqlayacaq.
Qeyd edək ki, Seru Qirassi başa çatan mövsümdə "Borussiya"nın heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 22 qol vurub, 6 qol ötürməsi edib.








_1779972117.jpg)




