28 May 2026, 13:22
FUTBOL
"Sent-Tryuyden"in yarımmüdafiəçisi Rihito Yamamoto karyerasını Almaniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, "Frayburq" yaponiyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa təmsilçisi Yamanoto üçün Belçika klubuna 8 milyon avro təzminat ödəyib. 24 yaşlı oyunçu 1 iyul tarixində yeni komandasının düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, Rihito Yamamoto başa çatan mövsümdə "Sent-Tryuyden"in heyətində keçirdiyi 40 oyunda 5 qol vurub, 8 qol ötürməsi edib.








_1779972117.jpg)




