Əlcəzair Futbol Federasiyası (FAF) milli komandanın baş məşqçisi Vladimir Petkoviçin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə FAF-ın mətbuat xidməti məlumat yayıb.
İmzalanan yeni razılaşmaya əsasən, Petkoviçin Əlcəzair Futbol Federasiyası ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
Təcrübəli mütəxəssis 2024-cü ilin fevral ayından bəri Əlcəzair milli komandasına rəhbərlik edir. Onun baş məşqçiliyi altında keçirilən 28 rəsmi matçda "yaşıllar" 21 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, start götürəcək 2026-cı il dünya çempionatında Əlcəzair yığması J qrupunda Argentina, Avstriya və İordaniya komandaları ilə qarşılaşacaq.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Bu, turnir tarixində ilk dəfədir ki, üç ölkə birgə ev sahibliyi edir.













