08 İyun 2026, 12:16
FUTBOL
"Mançester Yunayted"in futbolçusu markus Reşford karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
"Bavariya" ingiltərəli vingeri transfer etmək istəyir. Almaniya çempionu 28 yaşlı oyunçu üçün "qırmızı şeytanlar" 34,5 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Markus Reşford ötən mövsüm icarə əsasında "Barselona"da çıxış edib. İngiltərə millisinin üzvü Kataloniya təmsilçisinin heyətində keçirdiyi 49 oyunda 14 qol vurub, 14 qol ötürməsi edib.









_1780918407.jpg)



