09 İyun 2026, 16:29
FUTBOL
"Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 6-7-də keçirilən seçmələrdə 2010-2019-cu il təvəllüdlü ümumilikdə iki mindən çox uşaq və yeniyetmə iştirak edib. Seleksiyada iştirak edən uşaq və yeniyetmələrdən 120 nəfər seçmələrin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, “Sabah” Futbol Akademiyası daha əvvəl Zaqatala və Qusar rayonlarında da seçmələr təşkil etmişdi.



_1781026155.jpg)









