10 İyun 2026, 12:24
FUTBOL
"Qalatasaray" "Yuventus"un yarımmüdafiəçisi Kefren Türamı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Artıq klublar arasında danışıqlar başlayıb. A Seriyası nəhəngi fransalı futbolçu üçün 50 milyon avro tələb edir. "Qalatasaray" bu məbləği aşağı salmağa çalışır. 25 yaşlı oyunçuunun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.
Qeyd edək ki, Fransa millisinin üzvü olan Kefren Türam ötən mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.








_1781108547.jpg)




