Meksika milli komandasının azarkeşləri DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan əvvəl İngiltərə yığmasının məskunlaşdığı otelin qarşısında iğtişaş törədiblər.

Matc.az xəbər verir ki, bu barədə "TyC Sports" nəşri məlumat yayıb.

Bildirilir ki, fanatlar ingiltərəli futbolçuların yatmasına mane olmağa çalışıblar. Mehmanxananın qarşısına toplanan yüzlərlə azarkeş atəşfəşanlıq təşkil edib, təbil və şeypur çalıb, həmçinin müxtəlif şüarlar səsləndiriblər.

Polis müdaxilə edərək kütləni ərazidən uzaqlaşdırıb və oyunçuların dincəlməsi üçün təhlükəsizlik tədbirləri görüb. Lakin meksikalılar bir qədər kənara çəkilərək pirotexniki vasitələrdən istifadə etməyə davam ediblər.

Xatırladaq ki, qrup mərhələsinin nəticələrinə görə, Meksika millisi 9 xal toplayaraq A qrupunda birinci yeri tutub. İngiltərə yığması isə 7 xalla L qrupunun lideri olub. Dünya çempionatının 1/16 finalında meksikalılar Ekvadoru (2:0), ingilislər isə Konqonu (2:1) mübarizədən kənarlaşdırıblar.

İyulun 6-da Mexikodakı "Atsdeka" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest