"Everton" ötən mövsüm icarəyə götürdüyü "Çelsi"nin vingeri Tayrik Cordun tamhüquqlu transferini reallaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, klublar artıq transfer şərtlərini razılaşdırıblar. Oyunçu Liverpul təmsilçisinə 18 milyon funt-sterlinqə başa gələcək, daha 6 milyon funt-sterlinq isə potensial bonuslar şəklində nəzərdə tutulub.

Ötən mövsümün ikinci yarısını icarə əsasında "Everton"da keçirən yarımmüdafiəçi komandanın heyətində 11 matçda meydana çıxıb.

Tayrik Cord "Çelsi" akademiyasının yetirməsidir və İngiltərənin U-21 gənclər millisinin üzvüdür. Nigeriya əsilli futbolçu London klubunun əsas heyətinə 2024-cü ildə daxil olub. O, həmin vaxtdan bəri "zadəganlar"ın forması ilə 37 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest