"Fiorentina"nın braziliyalı müdafiəçisi Dodo karyerasını "Napoli"də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, "Napoli" əvvəlcə əvəzləyici, daha sonra isə komandanın kapitanı Covanni Di Lorentsonun varisi olacaq yeni sağ müdafiəçi axtarır. Hazırda Dodo və "Cenoa"dan Bruk Norton-Kaffinin namizədlikləri nəzərdən keçirilir.
Qeyd edək ki, Dodo 2022-ci ildə Donetsk "Şaxtyor"undan 15 milyon avro qarşılığında "Fiorentina"ya keçib. O, ötən mövsüm çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 47 matçda meydana çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
27 yaşlı braziliyalı futbolçunun "Fiorentina" ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. Onun transfer dəyəri hazırda 16 milyon avro qiymətləndirilir.













