Argentina milli komandasının hücumçusu Lionel Messi və Fransa yığmasının forvardı Kilian Mbappe DÇ-2026 turnirində ən çox piyada gəzən iki futbolçudur.
Argentina milli komandasının hücumçusu Lionel Messi və Fransa yığmasının forvardı Kilian Mbappe DÇ-2026 turnirində ən çox piyada gəzən iki futbolçudur.
Matc.az xəbər verir ki, "Opta" statistik portalı məlumat yayıb.
Bildirilir ki, bu göstəricidə dünya çempionatında azı 150 dəqiqə meydanda olan futbolçuların nəticələri nəzərə alınıb. 39 yaşlı Messi qət etdiyi ümumi məsafənin 47 faizini, 27 yaşlı Mbappe isə 45 faizini sadəcə piyada gəzərək tamamlayıb.
Hər iki hücumçu hazırda DÇ-2026 turnirinin ən yaxşı bombardirləridir. Messi və Mbappe cari yarışda hərəyə 7 qol vurublar.
Onlar, həmçinin dünya çempionatları tarixinin də ən məhsuldar oyunçularıdır. Messinin aktivində ümumilikdə 20, Mbappenin hesabında isə 19 qol var.













