Milanın "İnter" klubunun və Niderland millisinin sağ cinah müdafiəçisi Denzel Dumfris Madrid "Real"ının oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 30 yaşlı niderlandlı futbolçu ilə 4 illik – 2030-cu ilin iyun ayının sonuna kimi müqavilə imzalanıb. Transfer məbləği açıqlanmasa da, daha əvvəl mediada "Real"ın oyunçunun müqaviləsindəki sərbəstqalma məbləğini aktivləşdirdiyi bildirilirdi. Müxtəlif mənbələrə görə, bu məbləğ 20-25 milyon avro arasındadır.
Dumfris 2021-ci ilin yayında PSV-dən 14,25 milyon avro qarşılığında "İnter"ə keçmişdi. O, 5 il ərzində Milan klubunun heyətində bütün turnirlərdə 207 oyun keçirib, 27 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.
Dumfris "İnter"lə 8 titul qazanıb. O, xüsusilə 2024 və 2026-cı illərdə İtaliya çempionu olub, həmçinin 2023 və 2025-ci illərdə Çempionlar Liqasının finalına qədər yüksəlib.













