Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ABŞ milli komandasının hücumçusu Folarin Baloqonun 1/16 final mərhələsinin ABŞ – Bosniya və Herseqovina oyununda (2:0) aldığı qırmızı vərəqəyə görə tətbiq edilən 1matçlıq cəzasını təxirə salıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky News" nəşri məlumat yayıb.
FİFA-nın bu qərarı qüvvəyə minəcəyi təqdirdə, Baloqon Belçikaya qarşı keçiriləcək DÇ-2026 turnirinin 1/8 final oyununda komandasına kömək edə biləcək.
Qeyd edək ki, dünya çempionatı turniri iyulun 19-dək ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə davam edəcək. Son dünya çempionu statusunu isə 2022-ci ildə Qətərdə keçirilən turnirin finalında Fransa seçməsini penaltilər seriyasında məğlub edən Argentina millisi daşıyır.













