Fransa milli komandasının hücumçusu və kapitanı Kilian Mbappe dünya və Avropa çempionatlarında ümumilikdə azı 20 qol vuran tarixdəki üçüncü futbolçudur.

Matc.az xəbər verir ki, fransalı hücumçunun DÇ-2026-nın 1/8 final mərhələsində Paraqvayla görüşdə (1:0) vurduğu qol onun dünya çempionatlarındakı 19-cu qolu olub.

"Üçrənglilər"in kapitanı daha bir qolu isə AVRO-2024 yarışında aktivinə yazdırıb.

Mbappe bu göstərici ilə hər iki böyük turnirdə ümumilikdə 20 qol vuran İngiltərə milli komandasının hücumçusu Harri Keyn ilə ikinci pilləni bölüşür.

Bu siyahının lideri isə dünya və Avropa çempionatlarında aktivində 25 qolu (11+14) olan Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest