İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 finalında Meksika yığması üzərində qazanılan 3:2 hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.
Matc.az xəbər verir ki, FİFA-nın rəsmi mənbəsinin yaydığı məlumatda baş məşqçinin fikirlərinə yer verilib.
Alman mütəxəssis komandası ilə fəxr etdiyini gizlətməyib: "Mən birmənalı olaraq komanda ilə fəxr edirəm. Bu gün biz maksimum gücümüzü qoymalı, hər şeyimizi verməli olduq. Oyun çox çətin keçdi. Hər dəfə bizə elə gələndə ki, nəhayət sürət yığmışıq və təşəbbüsü ələ keçirmişik, dərhal ağrılı cavab zərbəsi alırdıq. Lakin əsl mentalitet məhz belə anlarda üzə çıxır. Çətin olanda bu uşaqlar heç vaxt təslim olmurlar və özlərinə inamı itirmirlər. Bu gün biz irəliyə doğru daha bir addım atdıq".
Meksika üzərindəki qələbədən sonra İngiltərə 1/4 finala yüksəlib. Onlar bu mərhələdə digər 1/8 final oyununda Braziliyanı üstələyən Norveç millisi ilə qarşılaşacaqlar.













