"Liverpul"un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stiven Cerrard mersisaydlıların klub tarixinin ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, 134 illik statistikanın təhlili, azarkeşlərin verdiyi 1,35 milyondan çox səs və komandanın əfsanələrinin rəyləri əsasında Stiven Cerrard "Liverpul"un tarixdəki ən böyük futbolçusu elan olunub.

Reytinq futbolçuların "Enfild"də çıxış etdikləri dövrdəki ustalığı, oyuna təsiri, qoyduqları miras və qazandıqları uğurlar nəzərə alınmaqla formalaşdırılıb.

Xatırladaq ki, Cerrard 2015-ci ilin mayında "Liverpul"la oyunçu kimi vidalaşıb. Sabiq kapitan komandanın heyətində 186 qol vurub və klub tarixində 700-dən çox oyuna çıxan cəmi üç nəfərdən biri olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest