"Çelsi" Portuqaliyanın "Sportinq" klubunun 19 yaşlı vingeri Jovani Kenda ilə müqavilə imzaladığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər 2030-cu ilə qədər müqavilə bağlayıblar. Maliyyə detalları açıqlanmasa da, nüfuzlu Transfermarkt portalının məlumatına görə, transfer məbləği 50 milyon avro təşkil edir.

Kenda ötən mövsüm "Sportinq"in heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Oyunçunun aktivində Portuqaliyanın gənclərdən ibarət yığmasında keçirdiyi 12 matç da var ki, bu oyunlarda o, 7 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest