Londonun "Arsenal" klubu "Nyukasl"ın və Braziliya millisinin yarımmüdafiəçisi Bruno Qimaraynşın transferi üçün üçüncü təklifi vermək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, klubun 55 milyon funt-sterlinqlik (təxminən 65 milyon avro) ilk təklifi rədd edilib, 65 milyon funt-sterlinqlik (76,2 milyon avrodan bir az çox) ikinci təklifi də eyni addımla qarşılaşıb. Qeyd olunur ki, 65 ilə 90 milyon funt-sterlinq (təxminən 76 ilə 106 milyon avro) arasında olacaq üçüncü təklif danışıqları sürətləndirə bilər.
Qimaraynş ötən həftə "Nyukasl"a "Arsenal"a keçmək istədiyini bildirib, lakin kluba problem yaratmayacağını və gələcəyi ilə bağlı qərarı "sağsağanlar"ın öhdəsinə buraxdığını qeyd edib.
2025/2026 mövsümündə Qimaraynş bütün turnirlərdə 41 matçda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" internet portalındafutbolçunun təxmini qiyməti 70 milyon avrodur.













